Aleksandr Səmədov: “Moskva”nın heyətində qısa müddətdə möhkəmlənəcəyimə ümid edirəm”
04.07.2008 - 10:45
Aleksandr Səmədov: “Moskva”nın heyətində qısa müddətdə möhkəmlənəcəyimə ümid edirəm”
Moskva. Mehman Süleymanov - APA-Sport. “Çempionatda fasiləyə az qalmış tez-tez meydana çıxsam da, “Lokomotiv”də oyun praktikam elə də çox deyildi. “Moskva” klubunda yaxşı təklif aldım və bunu dəyərləndirdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Rusiya Premyer Liqasında çıxış edən soydaşımız Aleksandr Səmədov deyib. 25 yaşlı futbolçu son üç ildə çıxış etdiyi “Lokomotiv”dən (57 oyun, 7 qol) Moskvanın eyniadlı klubuna keçidini irəliyə doğru addım sayır: “Istənilən halda, böyük klubdur. Onun iddiası hamıya məlumdur. “Moskva”nın indiki vəziyyəti müvəqqəti haldır. Üç illik müqavilə bağladığım yeni komandanın əsas heyətində çox qısa müddətdə möhkəmlənəcəyimə ümid edirəm”.
0