“Qalatasaray” Avstraliya yığmasının yarımmüdafiəçisi ilə müqavilə bağlayıb
04.07.2008 - 11:22
“Qalatasaray” Avstraliya yığmasının yarımmüdafiəçisi ilə müqavilə bağlayıb
Bakı - APA-Sport. Türkiyə çempionu “Qalatasaray” mövsümlərarası fasilənin ən səs-küylü transferini reallaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, istanbullular Avstraliya milli komandasının və İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Harri Kyuellə müqavilə bağlayıb. 30 yaşlı futbolçunun bu gün İstanbula gələrək, yeni komandası ilə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir. H.Kyuell indiyədək yalnız İngiltərə klublarının şərəfini qoruyub. Karyerasına “Lids”də başlayan avstraliyalı son 5 ildə “Liverpul”un formasını geyinib. O, 2005-ci ildə “Liverpul”un heyətində Çempionlar Liqasının qalibi olub. Avstraliya yığmasında 36 matça çıxan H.Kyuell 11 dəfə fərqlənib.
0