Valentin Xodukin: “Alan Kusov komandama kömək etmək gücündə deyil”
04.07.2008 - 12:12
Valentin Xodukin: “Alan Kusov komandama kömək etmək gücündə deyil”
İzmit. Mehman Süleymanov - APA-Sport. Son Azərbaycan çempionu “İnter” klubu baxışa çağırdığı Rusiya yığmasının sabiq hücumçusu Alan Kusovu bəyənməyib. Komandanın ukraynalı baş məşqçisi V.Xodukin “APA-Sport” agentliyinə açıqlamasında bildirib ki, 2003-cü ildə MOİK klubun heyətində Rusiya çempionluğunu qazanan 27 yaşlı futbolçunu geri qaytarıb: “Onu artıq yola salmışıq. Düşərgəmizə hazırlıqsız gəlmişdi. Belə hücumçu Çempionlar Liqasında bizə kömək etmək gücündə deyil. Hücumçu axtarışımızı davam etdiririk”. Digər yeni futbolçulardan razı olduğunu deyən 69 yaşlı mütəxəssis A.Kusovdan əvvəl baxışa gələn serbiyalı müdafiəçi Marko Petriçi saxlamaq fikrində olduqlarını söyləyib: “Bizə sol cinah müdafiəçisi lazımdır. Son vaxtlar Belçikada çıxış edən Marko Petriç tələblərimizə cavab verir. Onunla müqavilə bağlamaq istəyirik. Artıq müqavilə bağladığımız yeni futbolçulardan təcrübəli Valentin Belkeviç getdikdə əvvəlki formasını bərpa edir. Moldovalı Oleq Şişkin mərkəz yarımmüdafiəçisidir. O, zədəli Qoran Arnautun yoxluğunda dayaq yarımmüdafiəçisi mövqeyində bizə kömək edəcək”.
0