“Rabotniçki” üç futbolçunun transferini reallaşdırıb
04.07.2008 - 12:13
“Rabotniçki” üç futbolçunun transferini reallaşdırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq “Rabotniçki” 3 futbolçunun keçidini həll edib. “APA-Sport” agentliyinin məlumatına görə, Makedoniya çempionu Vladimir Tunevski, Blaqoyçe Lyamçevski və Aleksandar Stoyanovskinin transferini reallaşdırıb. 22 yaşlı V.Tunevski qısa fasilədən sonra karyerasına başladığı “Rabotniçki”yə qayıdıb. Bir müddət “Makedoniya”, sonra isə “Sementarnitsa”da çıxış edən yarımmüdafiəçi kimi A.Stoyanovcki də “İnter”in rəqibinin yetirməsidir. Nisbətən təcrübəli sayılan 25 yaşlı hücumçu Skopyeni tərk etdikdən sonra Makedoniyanın “Belasitsa”, “Napredok” klublarında da çıxış edib. Son klubu “Makedoniya” olan A.Stoyanovski ilə birgə “Rabotniçki”yə gələn B.Lyamçevski əvvəllər “Pelister”in də şrəfini qoruyub. 21 yaşlı müdafiəçi ilk dəfə ölkə çempionunun düşərgəsində olacaq.
0