Uesli Sneyderin qolu Avropa çempionatının ən yaxşısı seçilib
04.07.2008 - 14:33
Uesli Sneyderin qolu Avropa çempionatının ən yaxşısı seçilib
Bakı-APA-Sport. Az öncə Avstriya və İsveçrədə başa çatan XIII Avropa çempionatında vurulan üç ən yaxşı qol müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, www.euro2008.com saytının azarkeşlər arasında keçirdiyi sorğuda hollandiyalı Uesli Sneyder qalib gəlib. Madrid “Real”ının da şərəfini qoruyan 23 yaşlı yarımmüdafiəçinin Fransa yığmasının qapısından keçirdiyi qol turnirin ən yaxşısı hesab edilib. Müsabiqədə ikinci yeri Türkiyə milli komandasının kapitanı Nihat Kahveçi tutub. Onun qrup mərhələsinin son turunda Çexiyaya vurduğu qol fərqləndirilib. N.Kahveçinin təxminən 30 metr məsafədən qapının uzaq küncünə endirdiyi dəqiq zərbə eyni zamanda “ay-ulduzlular”a qələbə gətirib (3:2). Sorğunun nəticəsinə əsasən, üçüncü pillədə Rusiya yığmasının yarımmüdafiəçisi Andrey Arşavin qərarlaşıb. “Zenit”in 26 yaşlı futbolçusu İsveçlə oyunda vurduğu qol sayəsində ilk “üçlük”də yer alıb.
0