İbrahim Üzülməz və İbrahim Toraman “Beşiktaş” klubundan qovulub
04.07.2008 - 14:34
İbrahim Üzülməz və İbrahim Toraman “Beşiktaş” klubundan qovulub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Məşq zamanı əlbəyaxa olan İbrahim Üzülməzlə İbrahim Toraman komandamızdan kənarlaşdırılıb. Transferə çıxardığımız hər iki futbolçunun keçidi ilə bağlı müraciət edən klublarla danışıqlara hazırıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun meneceri Sinan Engin deyib. Avstriyada keçirilən təlim-məşq toplanışında İbrahim Üzülməzlə İbrahim Toramanın dalaşması klub rəsmisini açıqlama verməyə vadar edib: “Toramanla Üzülməz arasında problem çoxdan mövcud imiş. Çoxdandır danışmayan oyunçuları transferə çıxarmaqla yanaşı, yüksək para cəzası da verəcəyik. Qərarı tək mən yox, klub rəhbərliyi verib”.
Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi bu xəbəri klubun daxilindən mətbuata kimin ötürdüyünü də araşdırır. Bu məqsədlə xəbəri ilk yazıb mənbəyi açıqlamayan jurnalistlərin klubun məşqlərində iştirakına qadağa qoyulub.
0