“Xəzər-Lənkəran” - “Lex” oyunu Bakıda keçiriləcək
04.07.2008 - 15:42
“Xəzər-Lənkəran” - “Lex” oyunu Bakıda keçiriləcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran”ın UEFA kubokunun birinci təsnifat mərhələsində “Lex”ə qarşı keçirəcəyi ilk oyun Bakıda baş tutacaq. “APA-Sport” agentliyin məlumatına görə, Polşa mətbuatı Poznan təmsilçisinin Lənkəran yox, Azərbaycanın paytaxtında oynayacağını yazıb. Həmkarlarımız iki faktı əsas gətirərək, iyulun 17-də keçiriləcək görüşün yerinin dəqiqləşdiyini iddia edir. Lənkəranda hava limanının olmamağını nəzərə alan polşalılar Azərbaycan tərəfinin matçı cənubda təşkil etmək istəyinin reallaşacağını inandırıcı saymır. Həmkarlarımız “Olimpik” - “Voyvodina” (Serbiya) oyununun yerinin dəyişdirilməsinin hər şeyin həll olunması haqda siqnal olduğuna əmindir: “UEFA “Olimpik”lə “Voyvodina” arasında ilk oyunun yerini təsadüfən dəyişməyib. Bu komandaların iyulun 17-də Bakıda qarşılaşması ona görə mümkün deyildi ki, həmin gün “Xəzər-Lənkəran”da həmin stadionda “Lex”lə qarşılaşacaq. UEFA həmin qarşılaşmanın yerinin dəyişdirilməsinin səbəbi haqda hələ rəsmi açıqlama verməyib. Lakin “Xəzər-Lənkəran” oyunu Bakıda, yerli vaxtla 21:00-da keçiriləcək”.
0