Andrey Rubin: “Azərbaycan çempionundan imtina etdim”
04.07.2008 - 17:44
Andrey Rubin: “Azərbaycan çempionundan imtina etdim”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Ən azı ilin sonunadək Liyepayanın “Metallurq” klubunda qalacağam”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan çempionu “İnter” klubunun transfer edə bilmədiyi latviyalı futbolçu Andrey Rubin deyib. Latviya milli komandasının üzvü bildirib ki, vətənini mövsümün sonunadək tərk etməyəcək: “İnter”in təklifindən imtina etdim. Başqa klublardan isə dəvət almamışam. Bu səbəbdən ən azı mövsümü “Metallurq”da bitirəcəyəm”.
Qeyd edək ki, cari mövsümdə Latviya çempionatının güclülər dəstəsində 8 oyun keçirən 29 yaşlı futbolçu iyulun 2-də komandasında növbəti qolunu vurub. A.Rubin “Baltika” kubokunun ¼ finalın “Riqa” ilə cavab matçında komandasının yeganə qolunu vursa da, yarımfinala riqalılar çıxıb.
0