“Olimpik” - “Voyvodina” matçının başlanma vaxtı dəqiqləşib
05.07.2008 - 12:49
“Olimpik” - “Voyvodina” matçının başlanma vaxtı dəqiqləşib
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “Olimpik” klubunun UEFA kubokunun birinci təsnifat mərhələsində Serbiya təmsilçisi “Voyvodina” ilə öz meydanında keçiriləcəyi matçın vaxtı dəqiqləşib. “APA-Sport” agentliyinin məlumatına görə, komandalar arasında iyulun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 19:00-da başlayacaq.
0