Baş Prokurorluq AFFA ilə əməkdaşlığa başlayır
05.07.2008 - 13:57
Baş Prokurorluq AFFA ilə əməkdaşlığa başlayır
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Apelyasiya və Ekspert Komissiyalarının birləşdirilməsi haqqında qərar çıxarılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Apelyasiya və Ekspert Komissiyası adlanan yeni quruma Dövlət Neft Şirkətinin vitse-prezidenti Muxtar Babayev rəhbərlik edəcək. Komissiyada Azərbaycan Respublikası Baş Prokurorluğunun işçiləri, idman həkimi yer alacaq. Belə ki, qurumun üzvləri Heydər İsmayılov, Vasib Əkbərov, Anar Rzayev və Arif Fərəcov olublar. Apelyasiya və Ekspert Komissiyası çempionatda baş verən neqativ halları araşdıracaq, onlarla bağlı qərar çıxaracaq. Avqustun 9-da start götürəcək Premyer Liqada oyunların başlanma vaxtını Azərbaycan Peşəkar Futbol Liqası müəyyənləşdirəcək. Ramin Musayevin prezidenti olduğu təşkilat çempionatın keçirilməsinə cavabdehlik daşıyacaq. Premyer Liqa klublarının əvəzedici heyətləri (dubl) mübarizəyə avqustun 10-da qoşulacaqlar. 17 yaşlılardan ibarət komandaların çempionatı isə avqustun sonlarında başlanacaq.
0