Vüsal Əliyev “Slaven” - “Marsakslokk” görüşünü idarə edəcək
07.07.2008 - 10:35
Vüsal Əliyev “Slaven” - “Marsakslokk” görüşünü idarə edəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanlı FİFA hakimi Vüsal Əliyev UEFA kubokuna təyinat alıb. “APA-Sport” agentliyinin məlumatına görə, 37 yaşlı beynəlxalq dərəcəli hakimimiz Xorvatiyada yerli “Slaven” ilə Maltanın “Marsakslokk” klubları arasında iyulun 31-də keçiriləcək görüşdə baş hakim funksiyasını yerinə yetirəcək. V.Əliyevin başçılıq etdiyi hakimlər briqadasında Elman Musayev, Azad Q.Hüseynov və Əfqan Həmzəyev daxil olacaq. Hakimlərimizin təyinat aldığı matç UEFA kubokunun ilkin mərhələsi çərçivəsində cavab görüşüdür.
0