İlqar Qurbanov yenə ehtiyatda qalıb
07.07.2008 - 11:22
Qradski. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının yarımmüdafiəçisi İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin “Sivasspor” klubu avrokuboklarda debüt edib. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokunda mübarizəyə ikinci mərhələdən qoşulan Sivas şəhərinin təmsilçisi Çernoqoriyada yerli “Qrbalj” klubu ilə heç-heçə edib – 2:2. İ.Qurbanovun komandası oyunun son yarım saatını azlıqda keçirib. Belə ki, görüşün portuqaliyalı hakimi Jorje Souza “Sivasspor”un qapıçısı Vardak Akına qırmızı vərəqə göstərərək meydandan qovub. Həmin vaxt hesab 1:1 olub və komandalar fasiləyədək hərəyə daha bir qol vurmaqla, görüşdə son nəticəni müəyyənləşdirib. “Sivasspor”un baş məşqçisi Bülənt Uyğun İ.Qurbanova daxili yarışlarda olduğu kimi, qitə miqyaslı turnirdə də şans verməyib.
Qeyd edək ki, bu komandalar arasında Sivasda cavab görüşü iyulun 13-də keçiriləcək.
Qeyd edək ki, bu komandalar arasında Sivasda cavab görüşü iyulun 13-də keçiriləcək.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0