“Xəzər-Lənkəran” Slovakiyanın “Slovan” klubuna uduzub
07.07.2008 - 11:32
“Xəzər-Lənkəran” Slovakiyanın “Slovan” klubuna uduzub
Zalsburq. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı UEFA kubokunda təmsil edəcək “Xəzər-Lənkəran” klubu Avstriyadakı hazırlıq prosesində ilk məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, komandamız Zalsburq şəhərində təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama oyununda Slovakiyanın “Slaven” klubuna 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 5-ci dəqiqədə penalti zərbəsindən açan Bratislava təmsilçisi lənkəranlılara hər iki qolu artıq ilk hissədə vurmağa müvəffəq olub. “Xəzər-Lənkəran” fasilədən sonra afrikalı hücumçusu Yakuba Bambanın vurduğu qolla hesab arasındakı fərqi minimuma endirsə də, məğlubiyyətdən xilas ola bilməyib.
Qeyd edək ki, komandamız Avstriyadakı hazırlıq prosesini iyulun 9-da Ukraynanın “Metallurq” (Zaporojye) klubu ilə yoxlama oyunu ilə başa vuracaq.
0