“Rabotniçki” klubunun prezidenti: “Vardar”ın 3-4 oyunçusunun keçidini həll etmək istəyirik”
07.07.2008 - 11:42
“Rabotniçki” klubunun prezidenti: “Vardar”ın 3-4 oyunçusunun keçidini həll etmək istəyirik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “İnter”lə oyunadək vaxtımız məhdud olduğundan sutkada 24 saat işləmək məcburiyyətindəyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Makedoniyanın “Rabotniçki” klubunun prezidenti Draqan Popovski deyib. Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq makedoniyalılar iyulun 15-də keçiriləcək ilk oyunadək problemlərini həll etmək fikrindədir: “İnanırıq ki, apardığımız danışıqlar, baş tutan görüşlər öz bəhrəsini verəcək və “Rabotniçki” ilk oyuna tam formalaşmış komanda halında çıxacaq. “Vardar” klubunun idman direktoru Saşa Miloşevski ilə görüşüb müzakirələr aparmışıq. Həmşəhərlilərimizlə onların 3-4 oyunçusunun keçidində razılığa gəlmək istəyirik. “İnter”in prezidenti Georgi Nikolovla da əlaqə saxlamışam. O, Azərbaycana yollanmağımız üçün hər hansı viza problemin olmayacağını bildirdi. Qarşılaşmadan bir gün əvvəl iyulun 14-də Bakıda olacağıq”.
Qeyd edək ki, iyulun 15də keçiriləcək “İnter” – “Rabotniçki” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0