“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Özbəkistanda çalışacaq
07.07.2008 - 14:23
“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Özbəkistanda çalışacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” klubunun sabiq ukraynalı baş məşqçisi Viktor Pasulko özünə yeni iş yeri tapıb. “APA-Sport” agentliyinin məlumatına görə, 47 yaşlı mütəxəssis məşqçilik karyerasını Özbəkistanda davam etdirəcək. V.Pasulko bu ölkənin yüksək liqasında çıxış edən “Şurtan” klubuna baş məşqçi təyin edilib.
Qeyd edək ki, 2005/06 mövsümünün ikinci yarısında “Xəzər-Lənkəran”ı çalışdıran V.Pasulko çempionatımızda məğlub olmayan yeganə əcnəbi mütəxəssisdir.
0