“Neftçi” klubunun sabiq futbolçusu xəstəxanaya yerləşdirilib
07.07.2008 - 15:07
“Neftçi” klubunun sabiq futbolçusu xəstəxanaya yerləşdirilib
Bakı. İlkin Mehrəliyev - APA-Sport. Veteran futbolçu, bir müddət öncə Milli Aviasiya Akademiyasının komandasına baş məşqçi təyin olunan Səmədağa Şıxlarov “Neftçilər” xəstəxanasına yerləşdirilib. “APA-Sport” agentliyinin məlumatına görə, vaxtilə aldığı ağır zədələrdən əziyyət çəkən S.Şıxlarovun sol ayağında iki dəfə cərrahiyə əməliyyatı aparılıb. “Neftçi” klubunun sabiq futbolçusu bu dəfə sağ ayağına qan yığıldığından növbəti əməliyyata məruz qalıb. Bir neçə gündən sonra xəstəxanadan çıxacaq S.Şıxlarova həkimlər bir daha yaşıl meydanda görünməyi qadağan edib. Bununla belə, o, məşqçilik fəaliyyətini bərpa edə bilər.
0