“Vaslui” klubunun meneceri: “Neftçi” möhkəm iradəli, sarsılmaz komandadır”
07.07.2008 - 14:57
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun meneceri Viorel Hizo deyib. İntertoto kubokunun üçüncü mərhələsində “Jerminal” - “Neftçi” cütlüyünün qalibi ilə qarşılşacaq rumıniyalıların Antverpendə keçirilən ilk matça ezam olunan nümayəndəsi “Neftçi”nin oyununun bəyənib: “Görüşün 1:1 hesabı ilə nəticələnməsi, azərbaycanlıların üstünlük qazanması deməkdir. Matçın sonlarında meydan sahibləri qol vursaydı belə, inanmıram ki, bu nəyisə dəyişəcəkdi. Çox yaxşı başa düşürürəm ki, “Neftçi” öz meydanında çox güclü oynayır. Lakin bizim üçün bunun fərqi yoxdur. Çünki rəqib üzərində üstünlüyümüz var: ilk görüşü səfərdə keçirəcəyik. Bu o deməkdir ki, tamaşanın son səhnəsi bizim tərəfdarların gözü önündə tamamlanacaq. Biz Belçika və ya Azərbaycan deyil, Rumıniya çempionatında çıxış edirik. Və daha güclü birincilikdə oynadığımızı təsdiqləyə biləcək potensialımız da var”.
Qeyd edək ki, İntertoto kubokunun üçüncü mərhələsinin oyunları iyulun 19/20 və 26/27-də keçiriləcək.
Qeyd edək ki, İntertoto kubokunun üçüncü mərhələsinin oyunları iyulun 19/20 və 26/27-də keçiriləcək.
0
0