Georgi Adamiya: “Bakıdakı görüş bizim üçün daha ağır olacaq”
07.07.2008 - 16:09
Georgi Adamiya: “Bakıdakı görüş bizim üçün daha ağır olacaq”
“Çünki əvvəllər sırf hücumçu kimi çıxış etməmişəm. Düzdür, “Nitra” ilə Slovakiyadakı görüşdə hücumda oynamaq imkanı qazansam da, real imkanları qaçırmışdım. Ümumiyyətlə, zəif təsir bağışladığımız həmin səfər oyunu bizim üçün yaxşı dərs oldu. Yaxşı ki “Jerminal”la sınaq öncəsi toparlana bildik. Nəticədə yaxşı oynayıb, rəqib meydanında sərfəli nəticə əldə etdik”. Hakimlikdən narazı qalan G.Adamiyanın sözlərinə görə, serbiyalı Deyan Filipoviçin başçılıq etdiyi briqada aşağı səviyyədə idarəçilik edib: “Hesab açılan epizodda çox uzaqda olduğumdan topun qapı xəttini tam keçib-keçmədiyini görmədim. Vurduğum qol zamanı topun tora qovuşduğunu görmüşdüm. Ancaq yan xətt hakiminin bayrağı qaldırıb qolu qeydə almamağı məni təəccübləndirdi. Baş hakim yalnız köməkçisi ilə məsləhətləşdikdən sonra qolu qeydə aldı. Həmçinin, hakim qapımıza çox şübhəli penalti zərbəsi təyin etdi”. 27 yaşlı futbolçu “Jerminal”la səfər matçında 1:1 hesablı nəticədən sonra mərhələ adlamaq şansının artması ilə razılaşmır: “Şanslar yenə də bərabər olaraq qalır. Fikrimcə, Bakıdakı görüş bizim üçün daha ağır olacaq. Rəqib meydanında qol vurmalı olan “Jerminal” böyük qüvvə ilə hücum edəcək. Cavab oyununda bizə sərf edən nəticəni qorumağa çalışsaq, bunun əziyyətini çəkəcəyik. 0:0 hesabını saxlamağa cəhd etmək bizə baha başa gələ bilər. İlk oyunda sərfəli nəticəyə görə qətiyyən arxayınlaşmaq olmaz”.


0