Joze Karlos “Jerminal”la cavab oyununu da buraxa bilər
07.07.2008 - 16:24
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun braziliyalı hücumçusu Xose Karlos İntertoto kubokunda Belçikanın “Jerminal” komandasıyla cavab oyununu da buraxa bilər. Komandanın həkimi Tofiq Qasımov “APA-Sport” agentliyinə bildirib ki, 20 yaşlı legionerin Antverpen şəhərində hazırlıq prosesində aldığı zədə hələ sağalmayıb: “Karlos “Jerminal”la oyundan əvvəl məşqdə qapıçı ilə mübarizədə topuq nahiyəsində xəsarət aldı. Topuğu burxulan braziliyalı hücumçunun adı məhz bu səbəbdən heç matçın protokoluna daxil edilməmişdi. Hazırda müalicə olunan Jozenin Bakıdakı oyunda meydana çıxacağı sual altındadır. Cavab görüşünə hələ 5 gün var və futbolçunu “Jerminal” klubu ilə iyulun 12-də olan görüşə qədər sağaltmağa çalışacağıq”.
“Neftçi” məhz J.Karlosun Slovakiyanın “Nitra” klubu ilə səfərdə keçirilən cavab görüşündə vurduğu qolla İntertotoda ilk mərhələni adlayıb. “Jerminal”la görüşə problemlərlə çıxan komandamız Antverpendəki görüşdə müdafiəçi Elnur Allahverdiyevi də itirib: “Elnur əzələsini dartdığı üçün onu əvəzləməli olduq. Bu futbolçunun zədəsi yüngüldür və o artıq bugünkü məşqdə iştirak etdi. Köhnə zədəsini təzələyən Samir Əliyevin əzələ bağlarında problem var. Samirin tam sağalması, əvvəlki formasını bərpa etməsi üçün müəyyən vaxta ehtiyac var”.
Qeyd edək ki, S.Əliyev kimi Svetoslav Stefanov da “Jerminal”la cavab görüşündə oynamayacaq. Ötən mövsümün sonuna yaxın Almaniyada cərrahiyyə əməliyyatı olunan bolqarıstanlı yarımmüdafiəçi hələ ki İntertotoda “Neftçi”yə yardımçı olmayıb.

0
0