Bakının “İnter” klubunun rəqibi daha 13 futbolçu alır
07.07.2008 - 17:25
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” komandasının Çempionlar Liqasındakı rəqibi Makedoniyanın “Rabotniçki” klubu daha 13 futbolçunun transferini həll etmək niyyətindədir. “APA-Sport” agentliyinin məlumatına görə, Skopye təmsilçisinin prezidenti Draqan Popovski iyulun 15-də keçiriləcək ilk matçadək 13 oyunçunu heyətə qatacağını bildirib. “Rabotniçki” artıq “Vardar” klubu ilə Minas Osmani və Eftim Aksentiyevin transferi barədə razılığa gəlib. Komandanın Zlatibor şəhərindəki toplanışında iştirak edən bu iki oyunçu ilə yanaşı, Radko Dostanikin də Makedoniya çempionunun hazırlıqlarına qoşulması gözlənilir. Yalnız “Vardar”ın oyunçuları ilə kifayətlənmək istəməyən “Rabotniçki” konqolu Rok İtua və bolqarıstanlı İvan Marinovla danışıqları yekunlaşdırmaq üzrədir. Vladimir Sekulovski və Dimçe Ristevskinin komandanın sıralarına qatmaqda maraqlı olan skopyelilər artıq bir neçə gənc perspektivli gənc oyunçunu heyətinə cəlb edib.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0