UEFA kubokunda mübarizə aparacaq “Xəzər-Lənkəran” klubunun ilkin heyəti açıqlanıb
07.07.2008 - 18:41
UEFA kubokunda mübarizə aparacaq “Xəzər-Lənkəran” klubunun ilkin heyəti açıqlanıb
Komandanın Azərbaycan kubokunu qazandığı ötən mövsümkü heyətdən 5 futbolçusu kənarda qalıb. Bunlar Emin Quliyev, Rəşad Kərimov, Nadir Nəbiyev və braziliyalılar Roberto Santosla Mario Souzadır. Ötən mövsüm başa çatandan sonra R.Kərimov, N.Nəbiyev və R.Santos komandadan kənarlaşdırılıb. Lənkəranlılar M.Souzanın xidmətində maraqlı olsalar da, 31 yaşlı braziliyalı hücumçu maliyyə məsələlərinə görə heyətdən gedib. “Xəzər-Lənkəran”ın əsas kapitanı E.Quliyev avrokuboklarda cəzalı olduğu üçün iştirak ərizəsindən kənarda qalıb. Hələlik yeni futbolçu transfer etməyən və sərəncamında cəmi iki hücumçu olan komandanın baş məşqçisi Ağasəlim Mircavadov iyulun 9-da Ukraynanın “Metallurq” klubu ilə yoxlama oyunundan sonra baxışa gələn legionerlər haqda son qərarını verəcək. Lənkəran təmsilçisi iyulun 17-də “Lex”lə öz meydanında keçirəcəyi ilk oyuna bir sutka qalmışa qədər iştirak ərizəsində əlavə və dəyişik etmək hüququna malikdir.

Qapıçılar: Dmitri Kramarenko, Kamran Ağayev, Ramiz Kərimov.

Müdafiəçilər: Kostadin Cambazov, Radomir Todorov, Denis Silva, Mahir Şükürov, Ruslan Poladov, Füzuli Məmmədov.

Yarımmüdafiəçilər: Elmar Baxşıyev, Alim Qurbanov, Ceyhun Sultanov, Junior Osvaldo, Dieqo Qusmao, Rahid Əmirquliyev, Rəşad Abdullayev.

Hücumçular: Zaur Ramazanov, Yakuba Bamba
0