“Xəzər-Lənkəran”ın potensial transferi dünyada 5 ən yaxşı hücumçudan biridir
08.07.2008 - 09:58
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) karyeralarını davam etdirən futbolçular arasında güclülər dəstəsində 200-dən çox qol vuran oyunçuların siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” klubunun transfer etmək istədiyi
Türkiyəli Hakan Şükür planetin ən məhsuldar 5 futbolçusundan biridir. Siyahıya 513 oyuna 287 qol vuran qvatemalalı Xuan Karlos Plata başçılıq edir. 534 matça 268 top vuran H.Şükür yalnız 4 futbolçudan geridə qalsa da, Avropada 4-cü yerdədir. Cəmi 25 nəfərin yer aldığı siyahıda keçmiş SSRİ təmsilçilərinin 5 futbolçusu yer alıb. Ən məhsuldar oyunçular arasında estoniyalı Maksim Qruznov (268 qol) 4-cü, gürcüstanlı Şota Arveladze (263) 6-cı, qırğızıstanlı Yevgeni Boldıgin(219) 15-ci, özbəkistanlı Cəfər İrismetov (218) 16-cı, latviyalı Mixail Mixolap (217) 17-cidir. Qeyd edək ki, “Xəzər-Lənkəran”ın transfer etmək istədiyi 37 yaşlı H.Şükür Henrik Larsson (İsveç, 253), Rivaldo (Braziliya, 234), Roy Makay (Hollandiya, 233), Mario Jardel (Braziliya, 231), Ronaldo (Braziliya, 228), Ruud van Nistelroy (Hollandiya, 211), Tyeri Anri (Fransa, 209), Raul Qonsales (İspaniya, 204) kimi bombardirləri arxada qoyub.

0
0