“İnter” - “Rabotniçki” matçını isveçrəli Kiril Zimmerman idarə edəcək
08.07.2008 - 10:27
“İnter” - “Rabotniçki” matçını isveçrəli Kiril Zimmerman idarə edəcək
Ona həmyerliləri Antonio Luis Fernandes və Tomas Habegger kömək edəcək. Görüşün dördüncü hakimi Alen Bieri, UEFA nümayəndəsi isə belçikalı Jan Fransua Krukdur.
K.Zimmerman son İsveçrə çempionatında 32 oyun idarə edib. Bunlardan 9-da meydan sahibləri, 7-də qonaqlar qalib gəlib. Daha 7 matç heç-heçə nəticələnib. O, son mövsümdə futbolçulara 69 sarı və 3 qırmızı vərəqə göstərib.
Xatırladaq ki, 32 yaşlı K.Zimmerman 2007-ci ilin oktyabrın 1-də Bakıda Azərbaycan və Rusiyanın 17 yaşlılardan ibarət milli komandalarının oyununu (1:1) idarə edib.
0