Azərbaycan futbol yığması İtaliya klubuna böyük hesabla qalib gəlib
08.07.2008 - 11:12
Bakı. Aqşin Əliyev - APA-Sport. Avstriyanın Vels şəhərində 17 yaşadək futbolçular arasında “Yuxarı Avstriya kuboku” uğrunda yarış start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, turnirə iştirak edən Azərbaycan milli komandası ilk oyununa çıxıb. Birinci qrupda yer alan yığmamız İtaliyanın A.S. “Korlo” klubu ilə qarşılaşıb. Yeniyetmə futbolçularımız görüşün gedişində aşkar üstünlüyə yiyələnərək, böyük hesablı qələbə qazanıblar - 5:2. Həmyerlilərimizdən Məhəmməd Qurbanov (2 qol), Mirhüseyn Seyidov, Araz Abdullayev və Vüsal Səfərov fərqləniblər. Bernard Lippertin yetirmələri növbəti matçda, qrup mərhələsinin son turu çərçivəsində “Kinostudio” (Albaniya) klubunu sınağa çəkəcəklər. Milli komandamız birinci oyunda qalib gəldiyindən demək olar, yarımfinala vəsiqəni təmin edib. Beynəlxalq turnir iyulun 12-də yekunlaşacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0