“Olimpik” UEFA kubokuna 17 futbolçu sifariş edib
08.07.2008 - 16:19
“Olimpik” UEFA kubokuna 17 futbolçu sifariş edib
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “Olimpik” klubu iştirak ərizəsini UEFA-ya göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəmizi UEFA kubokunda təmsil edəcək paytaxt təmsilçisi ilkin iştirak ərizəsində 17 futbolçunun adını göstərib. Komandada gümüş medal qazandığı heyətdən cəmi 8 oyunçusu qalıb. Bunlar Rauf Mehdiyev, Elşən Poladov, Tərlan Əhmədov, Usim Nduka, Aqil Nəbiyev, Yaşar Abuzərov, Nəriman Əzimov və Samir Musayevdir. “Olimpik”in hazırkı heyətinin yarıdan çoxu yeni futbolçulardan təşkil olunub. Bunlardan 8-i əcnəbi, 1-i yerli futbolçudur. Sergey Laşenkov moldovalı, Bəşir Müqədi tunisli, Klaudiano Alves Dos Santos braziliyalı, Roman Axalkatsi ilə Mixail Xutsişvili gürcüstanlı, Marius Vasilyauskas litvalı, Mariyan Xoruji latviyalıdır. “Olimpik”in “Masallı”dan transfer etdiyi Azərbaycan olimpiya yığmasının üzvü olan Arif Daşdəmirov əslən dağıstanlıdır. B.Müqədi ilə R.Axalkatsi Yevlaxın “Karvan”ın, M.Xutsişvili Gəncənin eyniadlı klubunun heyətində Azərbaycan çempionatında iştirak edib. Ramin Quliyev isə ötən mövsümü “Neftçi”də keçirib.

Qapıçılar: Rauf Mehdiyev, Elşən Poladov.

Müdafiəçilər: Tərlan Əhmədov, Usim Nduka, Ramin Quliyev, Sergey Laşenkov.

Yarımmüdafiəçilər: Aqil Nəbiyev, Yaşar Abuzərov, Arif Daşdəmirov, Nəriman Əzimov, Klaudiano Alves dos Santos, Mariyan Xoruji, Bəşir Müqədi, Roman Axalkatsi.

Hücumçular: Mixail Xutsişvili, Nerijus Vasilyauskas, Samir Musayev,
0