İspaniyanın qol kralı Türkiyədə
08.07.2008 - 18:32
İspaniyanın qol kralı Türkiyədə
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, D. Quiza və klubu ilə hələ Avropa çempionatından əvvəl razılıq əldə edən türkiyəlilər bu gün transferi rəsmiləşdiriblər. “Fənərbağça” “Malyorka”ya nə qədər pul ödədiyini açıqlamasa da, İspaniyanın “Marca” qəzeti ödənilən məbləğin 17,4 milyon avro təşkil etdiyini yazıb.
Qeyd edək ki, D. Quiza ötən mövsüm “Malyorka”nın heyətində çıxış etdiyi matçlarda 27 qol vuraraq La Liqanın qol kralı olub. Onu da əlavə edək ki, hazırda “Fənərbağça”nın baş məşqçisi İspaniyaya Avropa çempionluğu qazandıran Luis Araqonesdir.


0