“Voyvodina” - “Olimpik” görüşünün hakimləri müəyyənləşib
09.07.2008 - 09:44
İyulun 17-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanın baş hakimi 35 yaşlı M.Uitbiyə həmyerliləri kömək edəcək. Uelsli hakim son Avropa çempionatının seçmə mərhələsində Lüksemburq – Belarus və Almaniya – Moldova, 2006-cı il dünya çempionatının seçmə oyunlarında Estoniya - Lixtenşteyn qarşılaşmasında fit çalıb. M.Uitbi avrokuboklarda 5 oyun (3-ü UEFA, 2-si İntertoto kubokunda) idarə edib ki, bunların 4-də meydan sahibləri, yalnız 1-də qonaqlar qalib gəlib. Ümumilikdə, Suonsi şəhərindən olan hakim 1987-ci ildən oyun idarəçiliyinə başlayıb. 2003-cü ildən FİFA hakimi olan M.Uitbinin əsas hobbisi üzgüçülükdür. Yan xətt hakimləri Brayan Ceyms və Filip Tomas, ehtiyat hakim Din Çon olacaq. Matçın UEFA nümayəndəsi finlandiyalı Pekka Hyamalaynendir.
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
- Romao Rusiya klubunda - RƏSMİ
0
0