Mübariz Mənsimovun “İsmət İnönü” stadionunda 110 min dollara loja almaq istəyi baş tutmayıb
09.07.2008 - 11:03
Mübariz Mənsimovun “İsmət İnönü” stadionunda 110 min dollara loja almaq istəyi baş tutmayıb
Öncə tərəflər “Şərəf tribunası”nın arxasındakı lojanın 110 min ABŞ dollarına satılması barədə razılığa gəliblər. M.Qurbanoğlu müqaviləyə PAL şirkətinin prezidenti qismində imza atmaq istəyib. Lakin PAL-ın “Palmali” Şirkətlər Qrupunun bir qolu olduğunu aydınlaşdıran “Beşiktaş” rəhbərliyi dərhal razılaşmanın maddi dəyərini artırıb. Nəticədə lojanın qiyməti 110 min dollardan 300 min dollara qalxıb. Buna görə M.Qurbanoğlu “İsmət İnönü” stadionunda loja almaq fikrindən vaz keçib.
“Beşiktaş” rəhbərliyinin addımı isə birmənalı qarşılanmayıb. Klubun sabiq rəsmisi Hakan Kalkavan istanbulluları tənqid atəşinə tutub: “Mən baş katib Kenan Öner və vitse-prezident Levent Erdoğanla görüşdüm. Onlara bu məsələdə düzgün mövqe tutmadıqlarını bildirdim. Əgər ilkin razılıq əldə olunubsa, sonradan başqa şərtlər irəli sürmək yersizdir. Hər iki “Beşiktaş” rəsmisinə dedim ki, Mənsimovu buraxın oyunlara gəlsin, qoy komandanı sevsin. İstəsəniz, Mənsimov sizə 5 milyon dollarlıq futbolçu hədiyyə edər. Bu şəxsə qarşı ayrıseçkilik etmək lazım deyil. Ancaq fikrimcə, “Beşiktaş” rəhbərliyinin başqa niyyəti var. Onlar Mənsimovun klub rəsmiləri ilə münasibətdə olmasını, qaynayıb-qarışmasını istəmirlər”.
Qeyd edək ki, M.Qurbanoğlunun prezidenti olduğu “Palmali” Şirkətlər Qrupunun mərkəzi ofisi İstanbulda yerləşir. Müxtəlif ölkələrdə 21 filialı olan bu şirkətin ümumilikdə 28 min işçisi var.
0