“Srvena Zvezda” klubunun baş məşqçisi Branimir Subaşiçin fiziki hazırlığından razı deyil
09.07.2008 - 12:08
“Srvena Zvezda” klubunun baş məşqçisi Branimir Subaşiçin fiziki hazırlığından razı deyil
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubu növbəti yoxlama oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, bir neçə gün əvvəl Polşa təmsilçisi “İlz” üzərində 13:0 hesablı qələbə qazanan belqradlılar Sloveniyanın “Mura” klubu ilə heç-heçə oynayıb. 26 yaşlı hücumçu 0:0 hesabı ilə nəticələnən bu qarşılaşmada da iştirak etməyib. Buna səbəb B.Subaşiçin fiziki hazırlıqsız olmasıdır. Məşq zamanı yetirmələrindən dördünün digərlərindən geri qalmasının şahidi olan baş məşqçi Zdenek Zeman onları komandadan ayırıb. “Mura” ilə oyun öncəsi yığmamızın hücumçusu digər üç komanda yoldaşı ilə fiziki hazırlıq keçməyə məcbur olub. Parkda qaçış və trenajor zalında məşq etməli olan bu futbolçuların ikisi matçadək hazır olduğundan sloveniyalılara qarşı çıxış edə bilib. 4 oyunçunun bu problemlə üzləşməsinə Avstriyada keçirilən təlim-məşq toplanışına gec qatılmaqları səbəb olub. Sənəd problemi ilə üzləşən futbolçular Serbiyanı “Srvena Zvezda” ilə birgə tərk edə bilməmişdi.
0