NBC rəsmisi: “ABN klubunun taleyini yaşamaq istəmirik”
09.07.2008 - 12:13
NBC rəsmisi: “ABN klubunun taleyini yaşamaq istəmirik”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Masallı” klubunun Premyer Liqada çıxışının dayandırması və onu əvəz etmək bizim üçün gözlənilməz oldu”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Salyanın NBC klubunun icraçı-direktoru Füzuli Əliyev deyib. Azərbaycan Premyer Liqasının yeni mövsümündə iştirakdan imtina edən “Masallı” klubunu əvəzləyəcək NBC rəsmisinin sözlərinə görə, güclülər dəstəsində çıxış etmək onlar üçün çox çətin olacaq: “Çünki vaxtımız azdır. Biz birinci diviziona hazırlaşdığımız halda, qəfildən Premyer Liqada oynamaqla bağlı xəbər alırıq. Şəxsən məndən olsaydı, tələsməzdik. Yəni, işi planlı şəkildə görərək, qarşıdakı mövsümü də birinci dəstədə keçirib, sonra Premyer-Liqada çıxış edərdik. Premyer Liqada iştirak etməklə bağlı tələblərə imkan daxilində cavab verməyə çalışacağıq”. F.Əliyev Premyer Liqada debüt mövsümündə qarşıda duran vəzifə haqda bunu deyib: “İlk olaraq güclülər dəstəsində yerimizi qorumağa çalışacağıq. Sonrakı mövsümlər isə daha yuxarı yerlər uğrunda mübarizə aparacağıq. Ötən mövsüm “MKT-Araz” çıxışını dayandıran zamanı da Bərdənin ABN klubu tam hazır olmağı halda, onu məcburi əvəzləməli oldu. Biz ABN-nin taleyini yaşamaq istəməyərək, Premyer Liqanı debüt mövsümündə qalmağa çalışacağıq”.
0