Naxçıvan Dövlət Universitetinin futbol komandası Avropa çempionatında mübarizə aparacaq
09.07.2008 - 12:59
Bakı. Mehman Süleymanov - APA-Sport. İyulun 20-də Ukraynanın paytaxtı Kiyevdə tələbələr arasında futbol üzrə VI Avropa çempionatının startı veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, qitə birinciliyində ölkəmizi tələbələr arasında ilk Azərbaycan çempionatının qalibi olmuş Naxçıvan Dövlət Universiteti təmsil edəcək. Azərbaycan təmsilçisi 16 komandanın iştirak edəcəyi Avropa çempionatında C qrupunda yer alıb. Həmyerlilərimiz iyulun 20-də Finlandiya, 21-də Fransa, 22-də Yunanıstan komandası ilə görüşəcək. Avropa çempionatına iyulun 26-da yekun vurulacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0