Zeynal Məmmədov: “Xristovun transfer qiyməti baha deyil”
09.07.2008 - 13:21
Zeynal Məmmədov: “Xristovun transfer qiyməti baha deyil”
Əslində, makedoniyalını sonrakı mövsümdə də heyətimizdə görmək fikrindəyik. Bunu nəzərə alaraq, onunla “1+1” şərti ilə müqavilə imzaladıq”. Z.Məmmədov bildirib ki, G.Xristovun transferi komanda üçün baha başa gəlməyib: “Sərbəst futbolçu olduğundan onun yalnız özü ilə anlaşmaq lazım idi. Azərbaycan səviyyəsində münasib qiymətə transfer etdik. Xristovla çox asan ortaq məxrəcə gəldik. Təsəvvür edin ki, məsələni 10 -15 dəqiqəyə həll etdik”. Z.Məmmədov Makedoniya yığmasında 10 il çıxış edən hücumçuya böyük ümidlər bəslədiyini söyləyib: “Zəngin karyeraya malik oyunçudur. İngiltərə Premyer Liqasında, Serbiya, Şotlandiya, Macarıstan, İsrail Yunanıstan, Kipr və Hollandiyada çıxış edib. Xristovdan çox şey gözləyirik. Komandamızda qol imkanlarının reallaşdırılması ilə bağlı problem vardı. Georginin hücumçu kimi məhsuldar oyun nümayiş etdirəcəyinə, komandamızın uğurlu çıxışında lider kimi öz sözünü deyəcəyinə inanırıq”.
0