“Xəzər-Lənkəran” mənim üçün artıq keçmişdə qalıb”
09.07.2008 - 15:02
“Xəzər-Lənkəran” mənim üçün artıq keçmişdə qalıb”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” mənim üçün artıq keçmişdə qalıb”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bolqarıstanın “Nafteks” klubunun müdafiəçisi Stanislav Jekov deyib. Bir müddət “Xəzər-Lənkəran”ın düşərgəsində olan 28 yaşlı futbolçu geri qayıtmaq məcburiyyətində qalıb. Lənkəranlıların baş məşqçisi Ağasəlim Mircavadovun bəyənmədiyi mərkəz müdafiəçisi yenidən birinci dəstədə çıxış edən “Nafteks”ın hazırlığına qatılıb: “İndiki vəziyyətdə mən “Nafteks”də çıxışımı davam etdirmək istəyirəm. Klubumla müqaviləm var və ona sonadək əməl etmək fikrindəyəm. “Nafteks” güclülər dəstəsində oynamağa layiq komandadır. Layıq olduğumuz yerə qayıtmaq üçün əlimdən gələni edəcəyəm. “Xəzər-Lənkəran”la bağlı məsələyə isə şərh vermək istəmirəm”.
Qeyd edək ki, S.Jekov Avstriyadakı təlim-məşq toplanışı zamanı “Xəzər-Lənkran”ın düşərgəsinə dəvət olunmuşdu.
0