Aleksey Savinov: “Üç il öncə “Neftçi” klubuna keçə bilərdim”
09.07.2008 - 15:29
Aleksey Savinov: “Üç il öncə “Neftçi” klubuna keçə bilərdim”
Ancaq “Bakı” variantı daha ciddi olduğu üçün bu komandada çıxış etməyə üstünlük verdim”. A.Savinov bildirib ki, “Bakı”ya keçidində vaxtilə bir yerdə çıxış etdiyi həmyerlisi Vadim Boretsin də böyük rolu olub: “Borets qarşısına yüksək hədəflər qoyan “Bakı”ya keçməyimi məsləhət bildi. Əslində, Moldovanın əsas və olimpiya yığmasının heyətində sizə qarşı, oyunçularınızla bir yerdə çıxış etdiyimdən Azərbaycan futbolu, Bakı haqda məlumatım vardı”. 2003/04 mövsümündə Ukraynanın “Volın” klubunda Tərlan Əhmədov, Kamal Quliyev, Samir Əliyev və Fərrux İsmayılovla bir yerdə çıxış edən A.Savinov “Bakı” ilə Qubadakı hazırlıq prosesini başa vurub. Həftəsonu Sloveniyaya yollanacaq moldovalı müdafiəçi yeni klubundan razılığını ifadə edib: “Qubada yaradılan münasib şəraitdə yaxşı hazırlıq keçdik. Agentim “Bakı”ya mərkəz müdafiəçisi lazım olduğunu deyərkən, baş məşqçi Qyoko Hacievskinin məni bəyənəcəyini inanırdım. Hacievski komanda daxili yaxşı ab-hava yarada bilib ki, bu da yeni mövsümdə çıxışda böyük əhəmiyyət kəsb edir. “Bakı” ilə həm Azərbaycan çempionluğunu, həm də ölkə kubokunu qazanmaq, avrokuboklarda oynamaq istəyirəm”.
0