Samir Əliyev meydana avqustda qayıdacaq
10.07.2008 - 17:08
Samir Əliyev meydana avqustda qayıdacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı İntertoto kubokunda təmsil edən “Neftçi” klubu üçüncü mərhələyə çıxacağı halda da hücumçusu Samir Əliyevin xidmətindən istifadə edə bilməyəcək. Bu barədə “APA-Sport” agentliyinə açıqlamasında S.Əliyev bildirib ki, Slovakiyanın “Nitra” klubu ilə üç həftə öncə Bakıda keçirilən oyunda aldığı zədə ciddidir: “Ayağımda ağrılar ola-ola sonradan meydana çıxdım, bunun acı nəticəsini gördüm. Hollandiyada müayinədən keçdim və yazılan fərdi proqram üzrə çalışıram. İnşallah, üçüncü mərhələdə çıxsaq, rumınlarla oyunlarda da komandama kömək edə bilməyəcəyəm. Çünki zədəm buna imkan vermir və “Vaslui” ilə görüşlər zamanı sağalmağım qeyri-mümkündür. Yeni mövsümə hazırlaşıram və ən yaxşı halda, bir aydan sonra oynaya bilərəm. Avqustun 9-da startı veriləcək çempionatın startınadək hazır olmağa çalışacağam”.
0