Kriştianu Ronaldo: “Mən həqiqətən də müasir qulam”
11.07.2008 - 16:50
Kriştianu Ronaldo: “Mən həqiqətən də müasir qulam”
Bakı - APA-Sport. “Mən həqiqətən də müasir qulam”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının və “Mançester Yunayted” klubunun üzvü Kriştianu Ronaldo deyib. FİFA prezidenti Yozef Blatterin fikirlərinə münasibət bildirən 23 yaşlı yarımmüdafiəçi Portuqaliyanın TVI kanalına müsahibəsində Madrid “Real”ına keçidinin hələ rəsmiləşmədiyin vurğulayıb: “Blatterin dediklərini təsdiqləyirəm. O haqlıdır. Mənim “Real”a keçidimə gəlincə, ortada konkret heç nə yoxdur”. Y.Blatter “Mançester Yunayted” rəhbərliyinin K.Ronaldonu “Real”a buraxmaması məsələsinə toxunaraq, “klublarla oyunçular arasında bağlanan uzunmüddətli müqavilələr futbolçuları müasir qul vəziyyətinə salır” demişdi.
Qeyd edək ki, portuqaliyalı ötən il “Mançester Yunayted”lə müqaviləsinin müddətini 2012-ci ilədək uzadıb. Onun “Real”la anlaşmasına maneçilik törədən amillərdən biri də budur.





0