UEFA Bakının “Olimpik” klubuna qadağa qoyub
17.07.2008 - 17:20
UEFA Bakının “Olimpik” klubuna qadağa qoyub
“Qomeş “Bakı” klubunun heyətində “Jilina” ilə Slovakiyada keçirilmiş oyunda birbaşa qırmızı vərəqə alıb. UEFA ona bu intizamsız hərəkətinə görə üç oyun cəza vermişdi. Qitə futbol qurumu bu gün bizə göndərdiyi cavabda Leandronun hələ bir oyunluq cəzasının qaldığını söyləyib. Məsələ ondadır ki, Qomeşin cəzası ötən mövsüm başa çatmalı olsa da, “Bakı” onu İntertoto kuboku üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə daxil etməyib. Sifariş olunmayan futbolçusunun cəzası isə qalır. Konkret olaraq, Qomeşdə bir oyunluq cəza qaldığı üçün səfər matçını buraxacaq və “Voyvodina” ilə Bakıdakı cavab görüşündə meydana çıxa biləcək”.
J.Suaresə gəlincə, M.Həsənov braziliyalı hücumçunun hər iki görüşdə iştirak etməyəcəyini söyləyib: “UEFA Junivanın adını iştirak ərizəsinə salmağa icazə verməyib. Çünki ilkin iştirak ərizəsinə sonradan yalnız bir oyunçunun adını daxil etmək mümkündür. “Olimpik” də Qomeşi sifariş etdiyindən, Suares kənarda qalıb. “Olimpik” ikinci mərhələyə keçəcəyi halda, Junivanın xidmətindən yararlana bilər”.
Qeyd edək ki, braziliyalı hücumçuların kənarda qalmasından sonra komandamızın baş məşqçisi Əsgər Abdullayevin bugünkü matçda sərəncamında protokolda nəzərdə tutulduğundan da az - 16 futbolçu qalıb.
0