Samuel Eto’O: “Özbəkistana “Kuruvçi” ilə müqavilə bağlamağa gəlməmişəm”
17.07.2008 - 17:30
Samuel Eto’O: “Özbəkistana “Kuruvçi” ilə müqavilə bağlamağa gəlməmişəm”
Daşkənd. Mehman Süleymanov - APA-Sport. Məşhur kamerunlu hücumçu Samuel Eto’O Özbəkistanın “Kuruvçi” klubuna keçidini təkzib edib. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün Daşkəndə gələn 27 yaşlı futbolçu keçirdiyi mətbuat konfransında bildirib ki, Özbəkistana səfəri başqa məqsəd daşıyır: “Sizin hansı müqaviləni nəzərdə tutduğunu dəqiqləşdirmək istərdim. Əslində, Özbəkistana gəlməyimdə məqsəd bu ölkə ilə tanış olmaq, azarkeşlər qarşısında nümunəvi çıxış etməkdir. “Barselona”nı tərk etmək fikrinə düşməmişəm. Artıq şənbə günü İspaniyada hazırlığa başlayacağam. Digər kluba keçmək qərarına gəlsəm, bunu karyeram naminə edəcəyəm”.
Qeyd edək ki, “Kuruvçi”nin rəsmi saytında S.Eto’Onun klubla rəsmi müqavilə bağlayıb, həm Özbəkistan çempionatında, həm də Asiya Çempionlar Liqasında çıxış edəcəyi göstərilib. Daşkənd klubu kamerunlu hücumçunun transferinə görə “Barselona”ya görə 40 milyon avro təklif edib.
0