Mübariz Mənsimov “Beşiktaş” klubunun prezidentliyinə namizədliyini irəli sürüb
18.07.2008 - 10:05
Mübariz Mənsimov “Beşiktaş” klubunun prezidentliyinə namizədliyini irəli sürüb
Bu posta seçiləcəyi halda, ilk addım kimi 50 milyon avro xərcləyəcəyini bildirən M.Mənsimovun sözlərinə görə, İstanbul komandasını Avropada bir nömrəli komanda etmək fikrindədir: “Mən “Beşiktaş” klubunu sevirəm. Məqsədim bu komandanın prezidenti olmaqdır. İstanbul təmsilçisini Avropanın ən güclüsü etmək üçün əlimdən gələni edəcəyəm. Təki mənə belə bir şans versinlər. Klubu idarə etmək, baqqal dükanını idarə etməkdən daha asandır. “Beşiktaş”a ürəkdən bağlı olan iş adamlarını bir yerə toplayacağıq. İhsan Kalkavan, Hakan Kalkavan və Cəlal Kolotun təcrübəsindən istifadə etmək üçün onları da geri qaytaracağıq. Maddi məsələlər önəmli deyil. Qısa müddətdə borcları verə bilərik. Əsas olanı güclü futbolçuları heyətə cəlb etməkdir”.
0