Robert Levandovski: “Bu, hələ mənim komandada ilk oyunum idi”
18.07.2008 - 10:22
Robert Levandovski: “Bu, hələ mənim komandada ilk oyunum idi”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Belə bürküdə futbol oynamaq çox çətin idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun hücumçusu Robert Levandovski deyib. UEFA kubokunun birinci təsnifat mərhələsində “Xəzər-Lənkəran”a vurduğu qolla poznanlılara qələbə gətirən yeni transfer ikinci oyunda da qələbəyə iddialıdır: “Mən yeni komandamdakı debüt matçıma çox hazırlaşmışdım. Lakin ilk oyunumun ölkə çempionatı yox, avrokuboklara təsadüf etdi. Bunun özü mənə bir az təəccüblü görünür. Sevinirəm ki, debütümü qolla qeyd etdim. Lakin bu hələ komandada ilk oyunum idi. Güclü olduğumuzu bir daha, Poznanda təsdiq etməliyik”.
Qeyd edək ki, “Lex” R.Levandovskini 350 min avroya transfer edib.
0