“Voyvodina” “Olimpik”ə qarşı qapıçısız oynayıb?
18.07.2008 - 10:58
“Voyvodina” “Olimpik”ə qarşı qapıçısız oynayıb?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Olimpik” klubunun qapıçısı Rauf Mehdiyev UEFA kubokunun birinci təsnifat mərhələsində Serbiyada “Voyvodina” ilə keçirilən qarşılaşmada oyunun ən yaxşı futbolçusu seçilib. “APA-Sport” agentliyinin məlumatına görə, 32 yaşlı qapıçının Serbiyada keçirilən qarşılaşmadakı əməyi 10 ballıq şkala ilə 8-ə layiq görülüb. Novi Sad şəhərindən olan həmkarlarımız R.Mehdiyevi “Voyvodina” - “Olimpik” qarşılaşmasının qəhrəmanı seçib. Belə ki, komandaların heç birinin heyətində belə yüksək qiymət alan olmayıb. Təmsilçimizin digər oyunçularından Tərlan Əhmədov 7, Usim Nduka, Ramin Quliyev, Roman Axalkatsi, Yaşar Abuzərov, Bəşir Müqədi, Aqil Nəbiyev və Mixail Xutsişvili 6 bala layiq oyun göstərib. Komandanın ən zəif oyunçuları yeni transferlər Sergey Laşenkov və Marians Çoruzi 5 alıbsa, meydana sonradan daxil olanlar qiymətsiz qalıb. Meydan sahiblərinə gəlincə, bütün oyunçuları 6-7 bal alan “Voyvodina”nın qapıçısına qiymət verilməyib. Jeliko Brkiçin hər hansı qiymətə layiq görülməməyi onun oyundan kənarda qalmasıdır.
0