Branimir Subaşiç “Srvena Zvezda”nın heyətində növbəti oyununu keçirib
18.07.2008 - 11:35
Branimir Subaşiç “Srvena Zvezda”nın heyətində növbəti oyununu keçirib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç Serbiyanın “Srvena Zvezda” klubunun heyətində növbəti oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan Belqrad təmsilçisi Çexiya “Siqma”sına 0:2 hesabı ilə məğlub olub. Yığmamızın 26 yaşlı serbiyalı hücumçusu görüşün ikinci hissəsində meydanda olub. Bu dəfə də 45 dəqiqə mübarizə aparan B.Subaşiçin yeni komandasında ikinci oyununda da “Srvena Zvezda” məğlub olub. Millimizin futbolçusu “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjelanın bir vaxtlar komandasına gətirmək istədiyi, lakin serbiyalı ilə bir komandada oynaması baş tutmayan Melinyo ilə bu oyunda qarşılaşıb. Çexiyalıların hücumçusu belqradlıların qapısına hər iki qolun müəllifi olub. Qeyd edək ki, V. Petrjela yarım il əvvəl Melinyonun transferində maraqlı idi.
0