“Karvan” makedoniyalı futbolçuları geri qaytarıb
18.07.2008 - 12:59
“Karvan” makedoniyalı futbolçuları geri qaytarıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu Türkiyədə keçirdiyi təlim-məşq toplanışında ilk oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Yunis Hüseynovun yetirmələri yerli “Marmaris Bələdiyyəsi” klubunu məğlub edib – 2:0. Yevlaxlıların qollarını Kamal Quliyev və Vüqar Nadirov vurub. Türkiyə çempionatının ikinci dəstəsinin ikinci qrupunda çıxış edən rəqiblə oyunda 43 yaşlı mütəxəssis baxışda olan futbolçuları da sınayıb. Makedoniyadan olan 3 futbolçunu bəyənməyərək geri qaytaran “Karvan”ın düşərgəsinə yeni gələn türkiyəli oyunçu növbəti toplanışda da sınanacaq. “Boluspor”dan gələn müdafiəçi Kənan Sihad “Marmaris Belediyyəsi” ilə görüşdə cəmi 15 dəqiqə meydanda olub. Bu qarşılaşma ilə Qızıcahamamdakı toplanışı yekunlaşdıran təmsilçimiz hazırlığın növbəti mərhələsini keçmək üçün Boluya yollanıb.
0