“MTZ-RİPO” Asim Xudiyevdən nə istəyir?
18.07.2008 - 15:24
“MTZ-RİPO” Asim Xudiyevdən nə istəyir?
Minsk. Mehman Süleymanov - APA-Sport. Belaruslular azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin UEFA kubokunda təyinat aldığı oyunun 100 dəqiqə davam etdiyini iddia edirlər. “APA-Sport” agentliyinin məlumatına görə, bunu “MTZ-RİPO” klubunun nümayəndələri “Jilina” (Slovakiya) ilə Minskdə keçirilən görüşdən sonra irəli sürüb. “MTZ-RİPO”nun baş məşqçisi Yuri Puntus 2:2 hesabı ilə başa çatan matçda qələbə qazana bilmədiklərinə görə bosniyalı FİFA hakimi Sinişa Zrniçi günahlandırıb: “Nə baş verdiyini və bunun kimə lazım olduğunu başa düşmürəm. Yəqin ki, qaranlıq döngədə məni beş quldur əllərində bıçaq və tapança ilə əhatə etsəydi belə, xilas ola bilərdim. Ancaq bu gün komandamın belə şansı olmadı. Bizi sadəcə, öldürdülər. Bizə göstərdilər ki, hesab istənilən halda, kiminsə istəyilə belə olacaq. Bizdən kloun düzəltdilər. Heç nə etmək mümkün olmayanda, belə köməksizlik adamı qıcıqlandırır”.
Qeyd edək ki, A.Xudiyev UEFA-ya göndərəcəyi raportda hakimlərin idarəçiliyi və onlara verdiyi qiymət haqda məruzə edəcək.
0