UEFA: “Xəzər-Lənkəran” Dmitri Kramarenkoya minnətdar olmalıdır
18.07.2008 - 15:54
UEFA: “Xəzər-Lənkəran” Dmitri Kramarenkoya minnətdar olmalıdır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” UEFA kubokunun yeni mövsümünün startında böyük hesabla məğlub olmadığına görə qapıçısı Dmitri Kramarenkoya minnətdar olmalıdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözlər UEFA-nın rəsmi saytında “Xəzər-Lənkəran” – “Lex” oyunu ilə bağlı qısa icmalda göstərilib. Lənkəran klubunun 34 yaşlı qapıçısı Dmitri Kramarenkonun inamlı çıxışını xüsusilə qeyd edən UEFA onu oyunun qəhrəmanı sayır: “Kramarenko görüşün 76-cı dəqiqəsində Robert Levandovskinin zərbəsi qarşısında aciz qalmasına baxmayaraq, matçı yüksək səviyyədə keçirdi. “Xəzər-Lənkəran”ın qapıçısı inamlı oyunu ilə komandasına iki həftə sonra səfər oyunu öncəsi ümid verdi. Bu hesab Azərbaycan kubokunun sahibinə Polşada keçiriləcək cavab görüşündə mərhələ adlamaqla bağlı şansını saxlayır”.
Qeyd edək ki, D.Kramarenko cəzalı Emin Quliyevin yoxluğunda “Lex”lə görüşdə kapitan sarğısını daşıyıb.
0