“Neftçi” Sfetoslav Stefanovu “Vaslui” ilə oyunlara sifariş etməyib
18.07.2008 - 17:44
“Neftçi” Sfetoslav Stefanovu “Vaslui” ilə oyunlara sifariş etməyib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” İntertoto kubokunun üçüncü mərhələsində Rumıniyanın “Vaslui” klubu ilə oyunda bolqarıstanlı legioneri Svetoslav Stefanovun xidmətindən istifadə etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, flaqman İntertoto kubokunun ilk iki mərhələsində xidmətindən istifadə etmədiyi 30 yaşlı mərkəz yarımmüdafiəçisini sifariş etməməyi qərar alıb. Komandanın ukraynalı baş məşqçisi Anatoli Demyanenko “APA-Sport”a açıqlamasında bunu belə izah edib: “Stefanov zədəsini sağaltsa da, iki aydan artıqdır oynamır. Oyun praktikası isə belə vacib matçlarda çox vacibdir. Svetoslav ötən mövsümün sonunda Almaniyada əməliyyat olunduqdan sonra müalicə olunub. Bolqarıstanlı futbolçu artıq məşqlərə başlasa da, əvvəlki formasından uzaqdır”. “Neftçi” ikinci mərhələdə sifariş etdiyi bolqarıstanlı oyun qurucusu Março Dafçevi Samir Əliyevin yerinə daxil edib. S.Əliyevin adının iştirak ərizəsindən çıxarılmasına əsas səbəb Slovakiyanın “Nitra” klubu ilə Bakıda oyunda zədələnməsi olub. A.Demyanenkonun sözlərinə görə, zədə səbəbindən Belçikanın “Jerminal” klubları ilə hər iki görüşdə iştirak etməyən Xose Karlos artıq sağalıb. Ancaq 20 yaşlı braziliyalı hücumçu indi başqa problemin həlli ilə məşğuldur. Məsələ ondadır ki, X.Karlos pasportunun vaxtı qurtardığı üçün hazırda vətənindədir. “Neftçi” onun “Vaslui” ilə oyunadək özünü çatdıracağına ümid edir.
0