Azərbaycan milli komandası “Qalatasaray”la heç-heçə oynayıb
19.07.2008 - 10:09
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Türkiyənin İstanbul şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində bu ölkənin adlı-sanlı “Qalatasaray” klubu ilə yoldaşlıq matçında qüvvəsini sınayıb. “APA-Sport” agentliyinin məlumatına görə, yeniyetmə futbolçularımız “Qalatasaray”lı həmyaşıdlarına qalib gələ bilməyiblər. Oyun 1:1 hesabı ilə nəticələnib. Milli komandamızın heyətində yeganə qola Emin Cəfərquliyev imza atıb. Yaşar Vahabzadənin yetirmələri iyulun 21-də Yəmən yığmasını sınağa çəkəcəklər. Bundan iki gün sonra isə Türkiyənin daha bir məşhur klubu “Fənərbaxça”nın 19 yaşlılardan ibarət komandası ilə yoldaşlıq görüşü olacaq. İyulun 24-də yekunlaşacaq təlim-məşq toplanışı yığmamız üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0