“Simurq” Gürcüstandan qələbə ilə qayıdır
21.07.2008 - 09:41
“Simurq” Gürcüstandan qələbə ilə qayıdır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Zaqatalanın “Simurq” klubu Gürcüstanda keçirdiyi təlim-məşq toplanışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, ukraynalı mütəxəssis Roman Pokoranın yetirmələri ölkə xaricindəki hazırlıq prosesini daha bir yoxlama oyunu ilə yekunlaşdırıb. Tiflis “Dinamo”sunun ikinci komandasıyla qarşılaşan “Simurq” 3:1 hesablı qələbə qazanaraq, qonşu ölkəni qələbə ilə tərk edib. Bu görüşdə zaqatalalıların qollarını Elşən Məmmədov, Vladimir Mazyar və Sergey Artyuk vurub. Qeyd edək ki, “Simurq” Gürcüstanda keçirdiyi 7 yoxlama oyununda 4 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 matçda uduzub.
0