Rəşad Sadiqov, Vladimir Olifer və Aleksandr Çertoqanov “Vaslui” ilə oyunda meydana çıxmayacaqlar
21.07.2008 - 09:59
Rəşad Sadiqov, Vladimir Olifer və Aleksandr Çertoqanov “Vaslui” ilə oyunda meydana çıxmayacaqlar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi”nin 3 futbolçusu Rumıniyanın “Vaslui” klubu ilə cavab oyununda iştirak etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokunun üçüncü mərhələsinin cavab qarşılaşmasında Vladimir Olifer, Aleksandr Çertoqanov və Rəşad Sadiqov flaqmanın formasını geyməyəcək. Bu oyunçuların iyulun 26-da keçiriləcək görüşdə çıxış etməməyinə səbəb onların cəzalı olmasıdır. “Vaslui” ilə ilk oyunda 2:1 hesabı ilə qələbə qazanan “Neftçi”nin heyətində sarı vərəqə alan A.Çertoqanov, R.Sadiqov və V.Olifer turnirdə ikinci dəfə xəbərdarlıq aldığı üçün növbəti oyunu buraxmalıdır.
0