Stanislav Gençev: “Neftçi” ilə matç bizim üçün ölüm-dirim oyunu olacaq”
21.07.2008 - 10:56
Stanislav Gençev: “Neftçi” ilə matç bizim üçün ölüm-dirim oyunu olacaq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” ilə Rumıniyadakı matç bizim üçün ölüm-dirim oyunu olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun yarımmüdafiəçisi Stanislav Gençev deyib. İntertoto kubokunun üçüncü mərhələsinin ilk oyununda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan komandasının yeganə qoluna imza atan bolqarıstanlı legioner yenilgini unutmaq istəyir: “Ümid edirik ki, növbəti mərhələyə vəsiqəni biz qazanacağıq. Bunda mənim vurduğum qol cavab matçında əhəmiyyət kəsb edəcək. Fərqlənməyimə sevinir, məğlubiyyətimizə üzülürəm. Mənə elə gəlir ki, ən ədalətli nəticə heç-heçə olardı. İndi biz bu məğlubiyyəti unudub, tam cavab matçına köklənməliyik. Artıq bu görüşə hazırlığa da başlamışıq”.
0